Pestisidlər
Montajat-B
İnsektisidlər
INJ
Aktiv maddə: Lambda-Syhalotrin 100 q/L Forması: Emulsiya konsentratı (EK)
Qablaşması: 100 ml, 1 L.
Yararlılıq müddəti: 3 il
Təyinatı: Zərərvericilərə qarşı istifadə olunur.
Təsir mexanizmi: Qeyri-sistem piretroid insektisid olub təmas və bağırsaq təsirlidir və həşəratın sinir sistemi və sinir ucları membranın keçiriciliyini zədələyərək onu məhv edir.
İstifadə qaydası: Zərəzvericinin ilkin yarandığı dövrdə püskürməyə başlanılmalıdır, bitkinin erkən böyümə vaxtı və ya zərəzvericinin az olduğu hallarda aşağı dozada istifadə olunmalıdır. Tətbiq olunmuş sahədən 15 gün ərzində heyvanların otlanılması saxlanılmalıdır. Kələm kimi sürüşkən səthli yarpaqlı bitkilərdə spreyə yapışqan maddə əlavə olunması və yaxşı örtülməsi məsləhətdir. İstifadə zamanı fərdi gigiyena qaydalarına əməl etmək və istifadə zamanı yemək, içmək və siqaret çəkmək olmaz. Əvvəlcədən təyin olunmuş yerlərdə sınaqdan keşirilməsi məsləhət görülür
Saxlanılması: Preparat öz qabında, quru və sərin, pestisidlərin saxlanılması üçün nəzərdə tutulan xüsusi yerdə saxlanılmalıdır! +5 - +35°C temperaturda saxlanılır. Günəş şüasından uzaq tutun. Qida məhsullarından, içkilərdən və heyvan qidalarından uzaq saxlayın.